Braziliyada avtobus qəzası baş verib - Ölənlər var

Braziliyada avtobus qəzası baş verib - Ölənlər var

Braziliyada ağır yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Paran ştatında qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkətdə olan sərnişin avtobusu idarəetmədən çıxaraq yol kənarındakı manelərə dəyib və xəndəyə aşıb.

Qəza nəticəsində avtobusda olan 59 sərnişinin 21-i dünyasını dəyişib, digərləri xəstəxanaya yerləşdirilib.

Yaralı olan yeddi nəfərin vəziyyəti ağırdır. Qəzanın baş vermə səbəbi araşdırılır. //Report

 

Mənbə: redaktor.az