Sərnişin maska taxmağı tələb edən sürücünü döydü - VİDEO

Sərnişin maska taxmağı tələb edən sürücünü döydü - VİDEO

 

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində aqressiv sərnişin avtobus sürücüsünü döyüb. Hadisə nəqliyyat vasitəsinin müşahidə kamerasına düşüb.

Kadrlarda karantin qaydalarını pozaraq, avtobusa maskasız daxil olan sərnişin əks olunub. Sürücü ondan maska taxmasını xahiş etsə də, sərnişin bundan imtina edir.

Sonradan avtobusdakı digər sərnişinlərin təzyiqi ilə maskanı taxan “qayda pozucusu” sürücüyə yaxınlaşaraq ona zərbələr endirməyə başlayıb. Sürücü başından xəsarət alıb və beyin silkələnməsi ilə xəstəxanaya çatdırılıb.

 

Mənbə: www.oxu.az