Braziliyada avtobusun qəzaya uğraması nəticəsində 21 nəfər ölüb

Braziliyada baş vermiş ağır yol qəzası nəticəsində azı 21 nəfər ölüb, 33 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “G1” portal məlumat yayıb.

Məlumata görə, ölkənin cənubundakı Parana ştatının ərazisində hələlik bilinməyən səbəbdən avtobus dayanacağa çırpılaraq xəndəyə düşüb.

Bundan bir qədər əvvəl portal qəzada 12 nəfərin ölməsi, 9 nəfərin isə xəsarət alması barədə məlumat vermişdi. Qəza zamanı avtobusda ümumilikdə 59 nəfər olub.

Xilasedicilər zərərçəkənləri xəstəxanalara aparıblar, onlardan yeddisinin vəziyyəti ağırdır. Polis hadisənin səbəblərini araşdırır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi

SONRAKI XƏBƏR

Türkiyənin “Rizəspor” klubunun yeni baş məşqçisinin adına rəsmən aydınlıq gəlib