Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayışdan sonra hadisə yerinə gələrək qonşularını dağıntılar altından çıxarmaq istəyən 1988-ci il təvəllüdlü Vasif Əbülfəz oğlu Hüseynov xəsarət alıb.

KONKRET.az Report-a istinadən xəbər verir ki, Vasif Hüseynov hadisə yerinə gələn təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol inci sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində səkkiz nəfər xəsarət alıb.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Real"ın müdafiəçisi koronavirusa yoluxdu

SONRAKI XƏBƏR

İtaliyanın baş naziri istefa vermək niyyətindədir