Türkiyədə son sutka ərzində 137 nəfər koronavirusdan həyatını itirib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində sərtləşdirilmiş məhdudiyyətlər davam edir. Bu gün Türkiyə vaxtı ilə saat 21.00-da növbəti 8 saatlıq “Evdə qal” rejimi qüvvəyə minəcək.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, yanvarın 25-da ölkə üzrə 151 min 109 nəfər koronavirus testindən keçirilib. Onlardan 5 min 642 nəfərdə infeksiya aşkarlanıb, 671 nəfər infeksiya səbəbindən xəstəxanalara yerləşdirilib. Sutka ərazində 137 nəfər məlum infeksiyadan ölüb, 6 min 682 nəfər sağalıb.

Qeyd edək ki, hazırda Türkiyədə iki hissədən ibarət sərtləşdirilmiş rejim tətbiq olunur. Həftənin ilk beş gün Ankara vaxtı ilə 21.00-dan başlayıb 5.00-dək davam edən “Evdə qal!” rejimi cümə günlər eyni saatda başlayıb bazar ertəsi saat 5.00-dək qüvvədə olur.

Sherg.az

ƏVVƏLKİ XƏBƏR

Ön xətdəki hərbçilərin MAAŞI: “Onların pulunu kəsmək cinayətdir” - SORĞU / VİDEO

SONRAKI XƏBƏR

BMT: dünyanın iki hissəyə bölünmə təhlükəsi var