Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb

Livanda karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası zamanı 8 nəfər xəsarət alıb

Livanın şimalında yerləşən Tripoli şəhərində koronavirusla əlaqədar karantin məhdudiyyətlərinə qarşı etiraz aksiyası keçirilib.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, nümayişçilər şəhər administrasiyasının binası qarşısına gələrək koronavirusa pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsini tələb ediblər.

Daha sonra nümayişçilər hüquq mühafizə orqanlarının əməkdaşlarına daş atmağa başlayıblar. Buna cavab olaraq hüquq mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər, bir neçə nümayişçi saxlanılıb.

Bundan əlavə, toqquşmalar nəticəsində 5 nümayişçi və 3 polis əməkdaşı xəsarət alıb.

Mənbə: az.trend.az