Braziliyada indiyədək 7,7 milyondan çox koronaviruslu xəstəni sağaltmaq mümkün olub

Braziliyada indiyədək 7,7 milyondan çox koronaviruslu xəstəni sağaltmaq mümkün olub

Braziliyada son sutka ərzində daha 26 816 nəfərin koronavirus infeksiyasına yoluxması, 627 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 8 871 393 nəfər yoluxub. Bu müddət ərzində 217 664 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 7 709 602 xəstə müalicə olunaraq sağalıb.

Mənbə: apa.az