Hindistanda hərbi helikopter qəza enişi etdi, pilot öldü

Hindistanda hərbi helikopter qəza enişi etdi, pilot öldü

 

Hindistanın Cammu və Kəşmir əyalətində “Dhruv” yüngülmühərrikli hərbi helikopterin qəza enişi etməsi nəticəsində Hindistan ordusunun bir pilotu həlak olub və daha biri ağır yaralanıb.

“Qafqazinfo” bildirir ki, bu barədə “Hindustan Times” qəzeti ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən xəbər verib.

Onun sözlərinə görə, insident yerli vaxtla axşam saat 19:15-də (Bakı vaxtı ilə saat 17:45-də-red.) baş verib.

Uçuş aparatı “Hindustan Aeronautics Ltd” şirkəti tərəfindən istehsal edilib.

Mənbə: qafqazinfo.az