Evindən 6 kiloqram heroin tapıldı

Evindən 6 kiloqram heroin tapıldı

Yardımlı rayon sakininin Bakıda yaşadığı evindən 6 kiloqram heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini Rüstəm Ağayev Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Nizami rayonu ərazisində saxlanılıb.

Onun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram narkotik vasitə olan heroin və 105 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

R.Ağayevin həmin narkotik vasitəni Şəhruz adlı İran vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az