Danimarka Baş nazirinin maketini yandıranlar həbs olundu

Danimarka Baş nazirinin maketini yandıranlar həbs olundu

 

Danimarkada yanvarın 23-də “COVID-19” məhdudiyyətlərinə qarşı təşkil olunan etiraz aksiyasında Baş nazir Mette Frederiksenin maketini yandırmaqda ittiham olunan üç nəfər Kopenhagen polisi tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, 30, 32 və 34 yaşlarında olan şəxslər “dövlət böyüklərinə qarşı cinayət”də ittiham edilirlər.

Onların Baş nazirə qarşı təhlükə yaratdığı, buna görə də fevralın 19-dək həbsdə qalacaqları ifadə edilib.

Qeyd edək ki, Danimarkada koronavirus məhdudiyyətlərinə qarşı son həftələrdə təşkil olunan aksiyalarda 23 nəfər saxlanılıb.

Mənbə: qafqazinfo.az