Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı Qazax Gürcüstan avtomagistralının Ağstafa şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Tofaş” markalı avtomobil hərəkətdə olarkən Ağstafa dairəsindən hərəkət edən “Hyundai” markalı avtomobil yolun hərəkət istiqamətinə çıxıb. Bu zaman avtomobillər toqquşub. Zərbənin təsirindən “Tofaş” yolda bir necə dəfə dövrə vuraraq qəza yerindən 20 metr kənara düşüb. Xəsarət alan sürücü 46 yaşlı Əfqan Salmanov ətrafdakıların köməyi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az