Sumqayıtda ağır qəza - ÖLƏN VAR

Sumqayıtda ağır qəza - ÖLƏN VAR

Yanvarın 25-də saat 20 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib

Publika.az xəbər verir ki, 10-cu mikrorayon ərazisində şəhər sakini N.Şirizadə idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi M.Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Mənbə: publika.az