Həkimlər adamın daxili orqanlarından 40 bıçaq çıxardılar

Həkimlər adamın daxili orqanlarından 40 bıçaq çıxardılar

Zaman-zaman həkimlərin sayəsində əməliyyatla xəstələrin bədənindən müxtəlif maraqlı əşyalar çıxarıldığını eşidirik, görürük.

Bir də bu insanlar xəstə, siz də həkimsinizsə işiniz iki qat çətindir. Elə hadisələr var ki, öyrəndiyiniz zaman deyirik ki, bu əşya adamın daxili orqanına necə daxil olub?

Sherg.az xarici media istinadən həkimlərin xəstənin daxili orqanlarından əməliyyatla çıxardığı bir hadisəni təqdim edir.

İnanılmaz olay Hindistanın şimalındakı bir xəstəxanada yaşanıb. 42 yaşlı xəstənin daxili orqanlarından nə az, nə çox 40 bıçaq çıxarılıb. Bıçaqlara qarşı maraqlı bir hobbisi olan və onu görən kimi yeyən adam əməliyyatla sağlamlığına qovuşub. Mədəsindən həzm olunmamış 40 bıçaq çıxan adam əməliyyat sonrası çox kədərli olduğunu, ailəsinin başını aşağı elədiyini və həkimlərə həyatını qurtardığı üçün daim minnətdar olcağını söyləyib.

Mənbə: sherg.az