Gəncə şəhərində 49 yaşlı qadın qətlə yetirilib.
Report-a istinadən məlumata görə, hadisə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Yeni Qəsəbə adlanan ərazidə baş verib.
49 yaşlı Qərənfil Muxtarova evində boğularaq öldürülüb. İlkin ehtimala əsasən, qadının qətlində oğlu, 2002-ci il təvəllüdlü Elgün Mirzəyev şübhəli bilinir.
Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkfaşları cəlb edilib.
Faktla bağlı Kəlbəcər rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə: www.bakupost.az