Ermənistanda hərbçilərin cəsədlərinin saxlanıldığı meyitxanadan çəkilən foto sosial şəbəkələrdə geniş yayılıb. Azvision.az xəbər verir ki, fotoda səyyar soyuducu yük maşınlarının morqun qarşısında olduğu görünür.
Görüntülər Metsamorda lentə alınıb.
“Hərbçilərin qalıqlarının saxlanıldığı Metsamor morqunun yaxınlığında “Spayka” şirkətinin loqosu olan soyuducular yerləşdirilib. Bununla bağlı vətəndaşlardan həyəcanlı siqnallar daxil olur. Qeyd edilir ki, müharibədə iştirak edən və şəxsiyyəti məlum olmayan əsgərlərin qalıqları Metsamor meyitxanasında çoxaldığı üçün soyuducular gətirilib”, - deyə məlumatda qeyd olunub.
Ermənilər bildirirlər ki, cəsədlərin artması ilə əlaqədar səyyar soyuducu maşınlarına ehtiyac yaranıb.
Qeyd edək ki, 13 noyabr 2020-ci ildən bəri Qarabağ münaqişəsi zonasında 1287 erməni cəsədi və qalıqları aşkar olunub. Axtarışlar müxtəlif istiqamətlərdə davam etdirilir.
Erməni hərbçilərin cəsədləri maşınlarda saxlanılır
Bənzər Xəbərlər
Hadisə
Yeni doğulan körpəsini soyducunun buzluğuna qoydu və... - DƏHŞƏTLİ CİNAYƏT
27 Fevral 2021 13:39
Hadisə
Ər yataq otağında arvadını dostu ilə tutdu, SEVGİLİLƏR özlərini BALKONDAN ATDI
27 Fevral 2021 13:39
Hadisə