Zaqatala sakinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib

Zaqatalada 36 yaşlı kişinin qolu bədbəxt hadisə nəticəsində amputasiya edilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Paşan kənd ərazisində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Şərif Məhəmməd oğlu Şabanov traktora qoşulan ot doğrayan aqreqatla ot xırdalayan zaman ehtiyatsızlıqdan onun sağ qolu qurğunun dəmir çarxları arasında qalıb.

Ş.Şabanovun sağ qolu dirsək nahiyəsindən ağır xəsarət alıb. Yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılan Ş.Şabanovun sağ qolu dirsək nahiyədən amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Trampın hakimiyyətdən getməsindən sonra da ABŞ-Cənubi Koreya alyansında gərginlik qalmaqdadır

SONRAKI XƏBƏR

Google Lens loqosunu yenə dəyişir