“Jurnalistlərin binası”nda qazın verilməsi dayandırıldı

“Jurnalistlərin binası”nda qazın verilməsi dayandırıldı

Jurnalistlərin yaşadığı binada qazın verilməsində problemlər yaranıb.

KONKRET.az xəbər verir ki, sakinlərin verdiyi məlumata görə, səhər saatlarında qazın verilməsi dayandırılıb.

Buna səbəb kimi qəzanın olduğu göstərilir. Axşam saatları olmasına baxmayaraq, qazın verilişi hələ də bərpa edilməyib.

Qeyd edək ki, son dövrlər binanın qaz təchizatında ciddi problemlər yaşanır.

Mənbə: konkret.az