Yanğınsöndürənin başına kondisioner düşdü - VİDEO

Yanğınsöndürənin başına kondisioner düşdü - VİDEO

Nyu-Yorkun yanğınsöndürmə xidmətinin əməkdaşı əmək fəaliyyəti zamanı xəsarət alıb.

“Vesti” portalının məlumatına görə, Bruklində baş vermiş yanğının söndürülməsi zamanı xidmət əməkdaşının üzərinə kondisioner bloku düşüb.

Yol kənarında quraşdırılan müşahidə kamerası hadisəni qeydə alıb.

Başındakı qoruyucu dəbilqə yanğınsöndürənin həyatını xilas edib. O, ağır, lakin sabit vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır.

Mənbə: paralel.az