Bakıda övladını qoruyan atanı avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində poçt mərkəzinin qarşısında baş verib.
Belə ki, 1986-ci il təvəllüdlü Əhmədov Akaş Rəfael oğlu azyaşlı övladı ilə birgə yolu keçərkən onun övladı qəfil şosseyə çıxıb. Ata öz övladını qorumaq üçün avtomobilin qarşısına qaçıb. Nəticədə A.Əhmədovu maşın vurib. O, sol baldır sümüyünün sınığı diaqnozu ilə Travmatolpgiya İnstutuna yerləşdirilib.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Yurdundan didərgin düşmək heç kəsə asan gəlməsin

SONRAKI XƏBƏR

İtin dişlədiyi qadın gözünü itirmək təhlükəsi ilə üzləşdi - ANBAAN VİDEO