Qobustanda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib

Qobustan rayonunda dəm qazından kütləvi zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə Qobustan şəhərinin Tofiq İsmayılov küçəsindəki 66 nömrəli mənzildə qeydə alınıb.

Rayon sakinləri - 2003-cü il təvəllüdlü Rəhimli Zərifə İlham qızı, 2007-ci il təvəllüdlü Rəhimli Elçin İlham oğlu, 2015-ci il təvəllüdlü Rəhimli Elnur İlham oğlu, 1982-ci il təvəllüdlü Rəhimova Rəna Əli qızı, 1954-cü il təvəllüdlü Rəhimova Qənifə Ağaşiraz qızı və 1944-cü il təvəllüdlü Əkbərova Zivər Ağaşiraz qızı kustar üsulla quraşdırılan qızdırıcının nasazlığı səbəbindən mənzilə dolan dəm qazından zəhərləniblər.

Ailə üzvləri Qobustan rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur model qəti qərar verdi "Siqaret çəkməyəcəm"

SONRAKI XƏBƏR

"Ölümlə üz-üzə qaldım, vəsiyyətimi belə etmişdim"