Türkiyənin ən isti şəhərlərindən biri olan Şanlıurfada yüksək temperatur gündəlik həyata təsirsiz ötüşməyib.
TRT-yə istinadən xəbər verilir ki, şəhərdə termometrlər 46 dərəcəni göstərib.
İstidən qorunmağa çalışan sakinlərin parklara və yaşıllıq ərazilərə üz tutduğu müşahidə olunub.
Bəzi vətəndaşlar günəş şüalarından qorunmaq üçün çətir və papaqlardan istifadə ediblər.
Yüksək temperaturun təsirini azaltmaq məqsədilə şəhərdəki avtobus dayanacaqlarında ventilyator sistemləri də işə salınıb.
Güclü istilər səbəbindən şəhərin bəzi ərazilərində həm nəqliyyat vasitələrinin, həm də piyadaların hərəkətinin azaldığı bildirilib.
Mənbə: qafqazinfo.az