Şəkidə tövlə yanıb - FHN

Şəkidə tövlə yanıb - FHN

Şəkidə tövlə içindəki mal-qara ilə birgə yanıb.

Redaktor.az-ın məlumatına görə, yanğın bu gün günorta saatlarında rayonun Qırxbulaq kəndində qeydə alınıb.

Güclü yanğın Fəxrəddin Hacıbabayevə məxsus tövlədə ot bağlamalarından başlayıb. Dərhal hadisə yerinə Şəki rayonun YMH-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlıqda yerləşən digər tikiliyə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində tövlədə olan 3 baş iribuynuzlu mal-qara tələf olub. Həmçinin, 300-dən çox ot bağlaması yanıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: redaktor.az