İstanbulda İŞİD-in daha 9 üzvü saxlanıldı

İstanbulda İŞİD-in daha 9 üzvü saxlanıldı

İstanbulda İŞİD terror təşkilatı üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, şəhərin dörd rayonunda paralel keçirilən əməliyyat nəticəsində 9 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Terror təşkilatı ilə sıx əməkdaşlıq etdiyi aşkarlanan həmin şəxslərin İŞİD sıralarına yeni üzvlər cəlb etdikləri, terror qruplaşmalarına maddi və texniki dəstək göstərdikləri də müəyyən olunub.

Bu istiqamətdə əməliyyatlar davam etdirilir.

Mənbə: virtualaz.org