Bakıda ata-oğulu maşın vurdu

Bakıda ata-oğulu maşın vurdu

Paytaxtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb.

Yolu keçən 1987-ci il təvəllüdlü Ataş Rafail oğlu Əhmədovu və onun 8 yaşlı övladı Ədaləti avtomobil vurub. Hər iki yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı A.Əhmədova sağ qamış sümüyünün sınığı, Ə.Əhmədova isə bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: virtualaz.org