Livanda etiraz aksiyaları davam edir

Livanda etiraz aksiyaları davam edir

Livanda artıq üçüncü gündür ki, etirazçılar ölkənin ikinci böyük şəhəri Tripolin küçələrinə çıxaraq koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçiriblər.

Akiya nümayişçiləri məhdidyyətlərin yumşaldılmasını tələb etdilər və hökumətin koronavirusla mübarizə üsulunu pisləyiblər.

Aksiya zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Polis aksiyanı dağıtmaq üçün etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

Qeyd edək ki, 5 milyon əhaəlisi olan Livanda 1 milyona yaxın qaçqın yaşayır. Pandemiyanın yaratıdğı böhran ölkə iqtisadiyyantına ziddi ziyan vurub. Bundan başqa, ölkə valyutasınln dəyəri 80 % aşağı düşüb. Eyni zamanda, ölkədə işsizlik və inlyasiya səviyyəsi kəskin şəkildə artıb.

Mənbə: www.realtv.az