Çilidə "AstraZeneca" vaksini təsdiqlənib

Çilidə "AstraZeneca" vaksini təsdiqlənib

Çili səhiyyə orqanları Oxford-AstraZeneca COVID-19 peyvəndinin təcili istifadəsini təsdiqləyib. Hökumət 2021-ci il ərzində 6 milyon vaksin dozası almağı planlaşdırır.

Bu barədə Yerli Xalq Sağlamlığı Tədqiqat İnstitutunun direktoru Heriberto Qarsía bildirib. Qeyd edilir ki, sözügedən vaksin dozasından ilk dörd milyonu mart ayında ölkəyə gətiriləcək.

Bundan başqa, Çilidə Pfizer-BioNTech şirkətlərinin hazırğadığı vaksin və Çin istehsalı olan Sinovac da istifadə üçün təsdiqlənib. Çindən 4 milyon vaksin bu həftə ərzində gətiriləcək.

Cənubi Amerikanın bu ölkəsi, ilk altı ay ərzində 12 milyon insanın peyvənd edilməsini hədəfləyib. İndiyə qədər 56 mindən çox insan peyvənd edilibb. Onlardan 10 mindən çoxuna artıq vaksinin ikinci dozası vurulub. Ölkədə virusa yoluxanların ümumi sayı 700 mindən çoxdur. 18 mindən çoxu isə pandemiyanın qurbanı olub.

Mənbə: www.realtv.az