Livanda etirazçılarla polis arasında toqquşmalar 226 NƏFƏR XƏSARƏT ALIB

Livanda etirazçılarla polis arasında toqquşmalar 226 NƏFƏR XƏSARƏT ALIB

Artıq üç gündür Livanda, Tripolidə nümayişçilər və polis əməkdaşları arasında toqquşmalar davam edir.

Virtualaz.org-un xəbərinə görə, yerli KİV-in Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyi, habelə ölkənin təcili və fövqəladə yardım xidmətinə istinadən yaydığı məlumatda bildirilir ki, Tripolinin şimalında baş verən qarışıqlıqlar zamanı xəsarət alanların sayı 226 nəfərə çatıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Livan nümayəndəliyinin məlumatına görə, xəstəxanalara 35 nəfər çatdırılıb, xəsarət almış daha 67 nəfərə hadisə yerində tibbi yardım göstərilib. Öz növbəsində təcili və fövqəladə yardım xidməti bildirib ki, 31 nəfər xəstəxanaya yerləşdirilib, 93 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

Xatırladaq ki, küçələrə çıxan vətəndaşlar həyat şəraitinin yaxşılaşdırılmasını və koronavirusa görə tətbiq edilmiş komendant saatının ləğvi üçün tədbir görülməsini tələb edirlər. Aksiya iştirakçıları hakimiyyəti fəaliyyətsizlikdə və aztəminatlı ailələrin ac qalmasında ittiham edirlər.

Mənbə: virtualaz.org