Kaluqada terrorçular saxlanılıb

Kaluqada terrorçular saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşlarının Kaluqa vilayətində apardıqları əməliyyat nəticəsində ölkədə qadağan edilmiş “Hizb üt-Tahrir əl-İslami “ terror təşkilatının üzvləri saxlanılıb.

Saxlanılan terror təşkilatının üzvləri bildiriblər ki, onlar yerli müsəlmanlar arasında təbliğat və təşviqat işləri aparır­larmış.

Faktla bağlı cinayət işi qaldırılıb. Təşkilatın digər üzvləri də axtarılır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Mənbə: xalqqazeti.com