Livanda aksiya: polisə qumbara atıldı

Livanda aksiya: polisə qumbara atıldı

Livanın Tripoli şəhərində aksiyalar zamanı polis qüvvələrinə döyüş qumbarası atılıb.

Qazet.az xəbər verir ki, bu barədə Livan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Polislərə döyüş qumbarası atıldı. Səs bombası, yaxud alışqan maddəli butulka deyildi. 3-ü zabit olmaqla, 9 polis əməkdaşı xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır”, – deyə bildirilib.

Mənbə: qazet.az