Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı araşdırılır

Azyaşlının ögey anası tərəfindən zorakılığa məruz qalması faktı araşdırılır
Bakının Nizami rayonunda azyaşlı zorakılığa məruz qalıb.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.

Qeyd olunub ki, zorakılığa məruz qalan 9 yaşlı Ə.M. ögey anası Ülkər tərəfindən mütəmadi zorakılığa məruz qalır.

Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, hadisədən xəbərdardırlar.

"Məlumatlıyıq, araşdırma aparılır", - deyə L.İsrəfilli bildirib.

Mənbə: oxu.az