Məhkəmə Navalnının həbsini qanuni saydı

Moskva məhkəməsi Almaniyadan Rusiyaya qayıdarkən saxlanılan rusiyalı müxalifətçi Aleksey Navalnının 30 günlük həbsini qanuni sayıb.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

“Moskva vilayətinin Ximski şəhər məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılsın, apelyasiya şikayəti təmin edilmir”, - deyə hakim Musa Musayev qərarı açıqlayarkən bildirib.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda son sutka ərzində koronavirusa yoluxanların STATİSTİKASI

SONRAKI XƏBƏR

"Yenidən müharibə başlasa, bu, Rusiyanın avtoritetini ciddi zədələyə bilər"