Məscidlərdə terror planlaşdıran 16 yaşlı gənc saxlanıldı

Məscidlərdə terror planlaşdıran 16 yaşlı gənc saxlanıldı

Cənub-Şərqi Asiya ölkəsi Sinqapurda məscidlərə hücum planı hazırlayan 16 yaşlı gənc saxlanılıb.

101.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xəbərə görə, azyaşlı 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Krisçörç şəhərində müsəlmanlara qarşı törədilən terror aktının ildönümündə Sinqapurdakı Asyafa və Yusif İşak məscidlərindəki müsəlmanlara soyuq silahla hücum etməyi planlaşdırıb.

Saxlanılan şəxsin hind əsilli, protestant inanclı olduğu, internetdə izlədiyi videolarla radikallaşdığı və Krisçörç cinayətkarının manifestindən təsirləndiyi bildirilib. O, həmçinin İŞİD terror təşkilatının videolarını da izləyərək onların İslam təmsilçisi olduğu qənaətinə gəlib.

Qeyd edək ki, Yeni Zelandiyanın Nur və Linvud məscidlərinə hücum zamanı 51 nəfər ölmüş, 49 nəfər yaralanmışdı.

Mənbə: 101.az