Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlandı

Şahdağ milli parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Seherxeber.org

ƏVVƏLKİ XƏBƏR

28 yanvar - Beynəlxalq fərdi məlumatların mühafizəsi günüdür

SONRAKI XƏBƏR

Dünya şahmat tacı uğrunda oyunun vaxtı açıqlandı