İnanılmaz: Palatada yer olmadığı üçün həkim koronavirus xəstələrini öldürdü

İtaliyanın şimalında yerləşən Breşia şəhərində dəhşətli hadisə yaşanıb.

XəbərAl.az xarici KİV-ə istinadən bildirir ki, “Montichiari” adlı xəstəxanada çalışan həkim Karlo Moska iki Covid-19 xəstəsini bilərəkdən öldürüb. O, bunu reanimasiya şöbəsində digər koronavirus xəstələrinə yer olmadığı üçün edib.

Həkim 61 yaşlı Natale Bassi və 80 yaşlı Ancelo Palettiyə artıq dozada anesteziya dərmanı verib. Nəticədə hər iki xəstə dünyasını dəyişib. Onun cinayəti “WhatsApp”da iş yoldaşına yazdığı mesajla ifşa olunub.

Qəsdən adam öldürməkdə ittiham olunan Karlo Moska vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

Xeberal.az

ƏVVƏLKİ XƏBƏR

"Qalatasaray" misirli futbolçunu transfer etdi

SONRAKI XƏBƏR

Rusiya təşvişdə – Ötən il ölkə əhalisinin sayı yarım milyon azalıb