Üç qadını fahişəliyə cəlb edən Zənfirənin işi MƏHKƏMƏDƏ

Üç qadını fahişəliyə cəlb edən Zənfirənin işi MƏHKƏMƏDƏ

Azərbaycanlı qadınları fahişəliyə cəlb etməkdə ittiham olunan Zənfirə Həsənovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokratikmusavat.com teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əlövsəd Abasovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İstintaq orqanı tərəfindən Zənfirə Həsənovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

Zənfirə Həsənova Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Cinayət işi üzrə üç qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Mənbə: demokratikmusavat.com