Bakıda qadının öldürülərək doğranıldığı ərazidən VİDEOREPORTAJ

Bakıda qadının öldürülərək doğranıldığı ərazidən VİDEOREPORTAJ

Qətlə yetirilən qadının iki övladı var

Bakıda kişinin gəlinini öldürərək meyitini hissələrə bölüb, zibil qutularına atması ilə bağlı cinayət hadisəsi geniş rezonans doğurub.

Open.az-ın çəkiliş qrupu hadisənin baş verdiyi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində olub.

Evin qapısını heç kəs açmayıb.

Qonşuların sözlərinə görə, mərhum Banu Məhərrəmova və onu qətlə yetirərək 4 yerə bölən qayınatası İdris Məhərrəmov çox sakit insanlar olub:

“Biz qətl hadisəsini eşidəndə şoka düşdük. Hadisənin necə baş verməsindən də xəbərsizik. Dəhşətə gəldik. Banu Məhərrəmovanın həyat yoldaşı Avropa ölkələrindən birində yaşayır. Onların 2 azyaşlı övladı var. Banu Məhərrəmova övladları, qayınatası və qayınanası ilə birgə yaşayırdı”.

Qeyd edək ki, yanvarın 27-i gecə saatlarında Nəsimi rayonu ərazisində zibil qutularından naməlum qadının doğranmış meyiti aşkarlanıb. Bu gün məlum olub ki, həmin şəxs 32 yaşlı Banu Məhərrəmovadır. Onu 75 yaşlı qayınatası İdris Məhərrəmovun öldürdüyü məlum olub. Hadisə isə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Şota Rustavelli küçəsində baş verib. İdris Məhərrəmov qadını öldürdükdən sonra meyiti hissələrə bölüb, selofan və kisələrdə qonşu Nəsimi rayonuna apararaq, zibil qabılarına atıb.

Hadisədən sonra İdris Məhərrəmov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub.

Xatırladaq ki, faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

Mənbə: open.az