Fərman İsmayılovu öldürən quldurlar şirkətə zəng etdi

Fərman İsmayılovu öldürən quldurlar şirkətə zəng etdi

İngilis şirkətinə məxsus olan “Mozart” adlı gəmiyə hücum edərək 1 azərbaycanlı dənizçini öldürdükdən sonra 15 türk dənizçisini qaçıran dəniz quldurları ilə ilk əlaqə qurulub.

Bu barədə Türkiyə KİV orqanları məlumat yayıb.

Gəminin məxsus olduğu şirkətlə əlaqə saxlayan quldurların gəmi heyətinin bütün üzvlərinin adlarını açıqladığı və onların vəziyyətinin yaxşı olduğuna dair sübutlar göndərdiyi bildirilib.

Xatırladaq ki, yanvarın 23-də Qvineya körfəzində “Mozart” konteyner gəmisi nigeriyalı dəniz quldurları tərəfindən ələ keçirilib. Gəmiyə daxil olan quldurlar 2-ci mühəndis, azərbaycanlı Fərman İsmayılovu qətlə yetirib, 15 nəfər Türkiyə vətəndaşını isə qaçırıb.

Mənbə: virtualaz.org