İspaniyada anomal istilər: Rekord sayda ölüm halı qeydə alındı

İspaniyada anomal istilər: Rekord sayda ölüm halı qeydə alındı

İspaniyada yay mövsümündə azı 5 030 ölüm halı ekstremal isti hava şəraiti ilə əlaqələndirilib.

Bu barədə krallığın Ölüm Hallarının Gündəlik Monitorinq Sisteminin məlumatlarında bildirilir.
Məlumata görə, bu, müşahidələrin aparılmağa başlandığı 2015-ci ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.
Daha əvvəl ispaniyalı meteoroloqlar 2026-cı ilin ilk yarısının krallıqda son 65 ilin ən isti dövrü olduğunu bildirmişdilər. Cari ilin iyun ayı müşahidələr tarixində ikinci ən isti iyun, iyul ayı isə 1961-ci ildən bəri aparılan hesablamalara əsasən, ən isti və quraq iyul ayı olub.

Mənbə: www.bakupost.az