Jurnalistlər aldadıcı başlığa görə saxlanıldı

Jurnalistlər aldadıcı başlığa görə saxlanıldı

Türkiyənin Aydın şəhərindəki "Denge" qəzeti "Facebook" səhifəsində qara fonda "Ərdoğan vəfat etdi" başlığı ilə foto yayımlayıb.

Xəbər geniş yayılıb və istifadəçilər Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın öldüyünü düşünüblər. Əslində isə ölüm xəbərində Gülşen Ərdoğan adlı bir vətəndaşdan bəhs olunurdu.

Aydın Baş Prokurorluğu hadisə ilə bağlı Türkiyə Cinayət Məcəlləsinin 217/A maddəsi ilə, yəni "ictimaiyyətə yanlış məlumat yaymaq" maddəsi ilə istintaq başladıb. Hadisə nəticəsində bir neçə jurnalistə qarşı cinayət işi açılaraq məhkəmə prosesi başladılıb.

Ağarza Elçinoğlu


Mənbə: unikal.az