Əlcəzairi meşə yanğınları bürüyüb: 12 ölü, xeyli yaralı var - VİDEO

Əlcəzairi meşə yanğınları bürüyüb: 12 ölü, xeyli yaralı var - VİDEO
Əlcəzairi bürüyən meşə yanğınları nəticəsində 12 nəfər həyatını itirib.
Bu barədə "El Ghad El Djazairi" qəzeti rəsmi məlumatlara istinadən informasiya yayıb.

Məlumata görə, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlərə müvafiq yardım göstərilir. Xəbərdə bildirilir ki, avqustun 26-da Əlcəzairdə 37 yanğın ocağı qeydə alınıb.

Mənbə: oxu.az