Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib.

Hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib.

1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az