Rusiyanın Sankt-Peterburq şəhərində hərbçinin və həyat yoldaşının olduğu avtomobil partladılıb.
Bununla bağlı Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, səhər saatlarında baş vermiş hadisə nəticəsində hərbçi ölüb, həyat yoldaşı isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, polkovnik-leytenant və həyat yoldaşı avtomobillə hərəkət edərkən nəqliyyat vasitəsində kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Partlayışın baş verdiyi avtomobilə ciddi ziyan dəyib, həmçinin yaxınlıqda park edilmiş digər nəqliyyat vasitələri də zərər görüb.
Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az