Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi olub.
İdarəetmədən çıxan “BMW” markalı avtomobil əvvəlcə “Toyota”, daha sonra “Kia” və “Opel” markalı minik avtomobillərinə çırpılıb.
Toqquşmadan sonra BMW aşıb.
Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Hadisənin səbəbləri və təfərrüatı araşdırılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az