“Qorxulu mənzərədir, tüstüdən nəfəs almaq olmur“

“Qorxulu mənzərədir, tüstüdən nəfəs almaq olmur“
Türkiyəyə istirahətə gedən blogger Leyli və İqo Hüseynov cütlüyü Fethiyedə həyəcanlı anlar yaşayıblar.

Axşam.az-a istinadən xəbər verilir ki, ötən gündən Fethiye bölgəsində başlayan meşə yanğını onların qaldıqları evin yaxınlığına çatıb. İqo hadisə ilə bağlı görüntülər yayımlayaraq yaşadıqları qorxunu bölüşüb.
"Yanğın düz evimizin yanındadır, meşə yanır... Əşyalarımızı götürüb çıxmalı oluruq. Hər şey sanki filmlərdəki kimidir, çox qorxunc mənzərədir. Allah köməyimiz olsun. İnşallah, tezliklə yanğını söndürə bilərlər.
Allahım, sən kömək ol. Çox dəhşətli yanır. İnşallah, bu dəhşətli gün tezliklə bitər. Tüstüdən nəfəs almaq belə mümkün deyil. Allah hamını qorusun və kömək olsun” deyə, İqo bildirib.
Leyli də yanğınla bağlı video paylaşaraq "Allahım, sən qoru. Evimizin yanı yanır, işıqlar-filan kəsildi. Yanğın hər saniyə qalxır, evə yaxınlaşır... Dualarınızı əsirgəməyin!!!” sözlərini əlavə edib.

Mənbə: azxeber.com