Şirvanda yol qəzası baş verib.
Hadisə Şirvan şəhərinin Köhnə Şəhər massivi ərazisində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı yük avtomobili ilə “Xəzər” markalı minik avtomobilinin toqquşması nəticəsində Şirvan şəhər sakini, 1970-ci il təvəllüdlü Mehtiyev Elman Mikayıl oğlu ölüb.
Qəza zamanı 1978-ci il təvəllüdlü İsgəndərov Çingiz Həsənalı oğlu ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: unikal.az