Nigerdəki silahlı üsyanın təfərrüatları AÇIQLANDI

Nigerdəki silahlı üsyanın təfərrüatları AÇIQLANDI

Rusiyanın Nigerdəki səfiri Viktor Voropayev Niameydə baş verən silahlı qiyamın təfərrüatlarını açıqlayıb.

O, bu barədə “RT”yə müsahibəsində dnışıb.

Avqustun 29-da, şənbəyə keçən gecə şəhərin prezident sarayı və əsas otellərin yerləşdiyi mərkəzi rayonlarının sakinləri intensiv atışma səsləri eşidiblər.

Voropayev atışma səslərinin hava limanı ərazisində də olduğunu vurğulayıb. Atışma demək olar ki, səhər saatlarınadək davam edib, daha sonra qısa müddətlik sakitlik yaranıb.

“Daha sonra atışma yenidən bərpa olundu. Təxminən günortaya yaxın qiyamçıların təslim olmaq qərarına gəldikləri aydın oldu. Onlar zərərsizləşdirildi”, - deyə Rusiyanın səfiri bildirib.

Qiyamçıların televiziya binasını ələ keçirməyə, habelə Rusiya səfirliyinin əməkdaşlarının qaldığı otelin ərazisinə daxil olmağa cəhd etdikləri məlumdur. Oteldə Sahel Dövlətləri Alyansı parlamentinin iclasında iştirak etmək üçün ölkəyə gələn rusiyalı deputatlar da olub.

Lakin qiyamçıların bu cəhdinin qarşısı təhlükəsizlik qüvvələri və jandarma tərəfindən uğurla alınıb.

Şəhərdə vəziyyət yalnız avqustun 29-u axşam saatlarında normallaşıb.

Hüseyn İbadlı

Mənbə: publika.az