Ziya Bünyadov prospektində QƏZA: Altı maşın toqquşdu - VİDEO

Ziya Bünyadov prospektində QƏZA: Altı maşın toqquşdu - VİDEO
Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-a istinadən xəbər verilir ki, qəza avqustun 30-da axşam saatlarında tuneldə qeydə alınıb.

Belə ki, iki "Mercedes-Benz" markalı, DAF markalı, 99-OG-211 dövlət nömrə nişanlı "Toyota" markalı, "Honda" markalı və 77-XQ-953 dövlət nömrə nişanlı BMW markalı avtomobillər toqquşub. İddialara əsasən, qəzaya səbəb ara məsafəsinin düzgün seçilməməsi olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

Qeyd edək ki, qəza səbəbindən tuneldə bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az