Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Hadisə bu gün qəsəbə ərazisində qeydə alınıb.
Belə ki, 1955-ci il təvəllüdlü Nadir Novruzov ilə oğlu, 1998-ci il təvəllüdlü Təhmasib Novruzov arasında mübahisə yaranıb. Mübahisə zamanı Təhmasib Novruzova bıçaqla xəsarət yetirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində oğluna xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı Nadir Novruzov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Mənbə: qafqazinfo.az