“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşıb

“Bitcoin”in qiyməti yenidən 79 min dollara yaxınlaşıb

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə müsbət dinamika müşahidə olunur.

“CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 1,16% bahalaşaraq 78 721,07 ABŞ dollarına yüksəlib.

“Ethereum” 2,10% artaraq 2 474,89 dollara, BNB 1,13% bahalaşaraq 693,81 dollara, “Solana” isə 1,74% yüksələrək 103,88 dollara çatıb.

Digər kriptovalyutalardan “Zcash” son sutkada 4,81% bahalaşaraq 859,01 dollara, “Monero” 2,67% artaraq 516,71 dollara, “Bitcoin Cash” 1,55% yüksələrək 248,10 dollara, “Bittensor” isə 1,38% bahalaşaraq 231,07 dollara çatıb.

Qızıl əsaslı kriptovalyutalarda da bahalaşma qeydə alınıb. “PAX Gold” (PAXG) son 24 saatda 0,42% bahalaşaraq 4 438,91 dollara, “Tether Gold” (XAUT) isə 0,40% artaraq 4 430,28 dollara yüksəlib.

“CoinMarketCap 20” indeksi son sutkada 1,63% artaraq 161,31 bənd təşkil edib.

Kriptovalyuta bazarındakı yüksəlişə dolların son yüksəlişdən geri çəkilməsi və alternativ aktivlərə marağın davam etməsi dəstək verir. Bununla belə, FED-in sentyabrda faiz dərəcəsini artıracağına dair gözləntilərin güclənməsi, ABŞ istiqrazlarının gəlirliliyinin yüksəlməsi və geosiyasi gərginlik riskli aktivlər üçün təzyiq yaradır.

Mənbə: apa.az