ABŞ-də “ChatGPT” ilə aparılan yazışmaların məhkəmə işlərində sübut kimi istifadə edildiyi hallar ortaya çıxıb.
Bəzi hallarda istifadəçilərin “ChatGPT” yazışmaları telefon və ya kompüterlərindən əldə edilərək hüquqi proseslərə daxil edilib.
ABŞ-nin Missuri ştatında bir tələbənin “ChatGPT”yə yazdığı mesajlar polis tərəfindən telefonunda aşkarlanıb və istintaqda istifadə olunub.
Bəzi hallarda isə süni intellekt şirkətləri təhlükəli davranışlarla bağlı söhbətləri hüquq-mühafizə orqanları ilə paylaşa bilər. “OpenAI” real təhlükə yarada biləcək hallarda polisə məlumat verə bildiyini açıqlayıb.
Bu hallar süni intellekt çatbotlarında aparılan yazışmaların hüquqi proseslərdə istifadə oluna biləcəyini göstərir.
Vüsalə Hüseynova,
BakuPost
Mənbə: www.bakupost.az